Şriftin ölçüsü :

Saytın rəngi :

Veteran prokurorluq işçisi təbrik edilib

28.08.2026

Azərbaycan Prokurorluğunun veteranı Qasımov Kazım Bağır oğlunun 80 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.

Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib. 

Kazım Qasımov 1977-ci ildə prokurorluq orqanlarında qulluğa qəbul olub, əvvəllər Bakı şəhəri Suraxanı rayon prokurorluğunun müstəntiqi, Bakı şəhəri Nizami rayon prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Baş Prokurorluğun Cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsinin prokuroru, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru, Baş Prokurorluğun Hüquqi təminat şöbəsinin böyük prokuroru və digər vəzifələrdə işləyib.

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.