Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 20 avqust tarixində Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev və Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlidən ibarət nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunan MDB-yə üzv dövlətlərin Baş prokurorlarının müavinlərinin görüşündə iştirak ediblər.
Görüşdə cari ildə keçirilməsi nəzərdə tutulan MDB-yə üzv dövlətlərin Baş prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasının təşkili ilə əlaqədar məsələlər, bir sıra qərarların layihələri, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası üzrə hüquq-mühafizə qurumları arasında əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi ilə bağlı bir sıra praktik mövzular müzakirə edilib.
Görüşdə çıxış edən Vüqar Əliyev ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası sahəsində həyata keçirilmiş islahatlar, o cümlədən cinayət yolu ilə əldə edilmiş əmlakların müəyyən edilməsi, izlənilməsi, müsadirə edilməsi və müsadirə edilmiş əmlakların idarə edilməsi ilə bağlı formalaşmış təcrübə, habelə bu istiqamətdə tərəfdaşlarla məhsuldar əməkdaşlıq əlaqələri barədə məlumat verib.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı