Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB – Ölü dölün aşkar edilməsi faktı üzrə araşdırma aparılır

20.08.2026

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş #sorğularacavab olaraq bildiririk ki, 19 avqust 2026-cı il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən zibil poliqonunda ölü dölün aşkar edilməsi faktı üzrə Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və aşkar edilmiş ölü dölə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin olunub, habelə hadisənin hallarının müəyyənləşdirilməsi məqsədilə digər zəruri prosessual hərəkətlər icra edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcəkdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.