Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Prokurorluğunun veteranı Hüseynov Hüseyn İlyas oğlunun 85 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.
Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib.
Hüseyn Hüseynov 1965-ci ildə prokurorluq orqanlarında qulluğa qəbul olub, əvvəllər Naxçıvan MSSR Culfa və Ordubad rayon prokurorluqlarının müstəntiqi, Xaçmaz rayon prokurorluğunun müstəntiqi, Qax və Bərdə rayon prokuroru, Azərbaycan Respublikası Prokurorluğunun Məhkəmələrdə cinayət işlərinə baxılması üzərində nəzarət şöbəsinin prokuroru, Azərbaycan Respublikası Baş Prokurorluğunun Məhkəmə aktlarının qanuniliyi üzərində nəzarət idarəsinin Cinayət-məhkəmə şöbəsinin prokuroru, Baş Prokurorluğun Cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsinin prokuroru, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru və digər vəzifələrdə işləyib.
Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı