Şriftin ölçüsü :

Saytın rəngi :

Veteran prokurorluq işçisi təbrik edilib

13.08.2026

Azərbaycan Prokurorluğunun veteranı Zahidov Bəhram Saffan oğlunun 75 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.

Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib.

Bəhram Zahidov 1977-ci ildə prokurorluq orqanlarında qulluğa qəbul olub, əvvəllər Quba rayon prokurorunun köməkçisi və müavini, Tərtər, Şamaxı və Bakı şəhəri Xəzər rayon prokuroru, Baş Prokurorluğun Mülki işlər üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsinin prokuroru, Baş Prokurorluğun Cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsinin prokuroru, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru və digər vəzifələrdə işləyib.

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.