Şriftin ölçüsü :

Saytın rəngi :

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

07.08.2026

Avqustun 6-da Tovuz rayonunun Əlimərdanlı kəndi ərazisində 1961-ci il təvəllüdlü Məlahət İsayevanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1997-ci il təvəllüdlü Ülvi İsayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odun parçası ilə xəsarətlər yetirərək qohumu Məlahət İsayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 
 
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb, Ü.İsayev prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.