Şriftin ölçüsü :

Saytın rəngi :

Veteran prokurorluq işçiləri təbrik edilib

03.08.2026

Azərbaycan Prokurorluğunun veteranları Ağayev Adil Əsgər oğlu və Adilov Gülhüseyn Cavad oğlunun 80 illik yubileylərinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubları təqdim edilib.

Görüş zamanı veteran prokurorlar xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd ediblər. 

Adil Ağayev 1974-cü ildə prokurorluq orqanlarında qulluğa qəbul olub, əvvəllər Sumqayıt şəhər prokurorluğunun baş müstəntiqi, Azərbaycan SSR Prokurorluğunun Kadrlar şöbəsinin prokuroru, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi, Bakı şəhər prokurorluğunun böyük müstəntiqi, Bakı şəhər prokurorluğunda şöbə rəisinin müavini, Azərbaycan SSR Prokurorluğunun İstintaq idarəsinin rəis müavini, Respublika Nəqliyyat Prokurorluğunun istintaq şöbəsinin prokuroru, Baş Prokurorluğun İstintaq idarəsinin rəisi, Bakı şəhər prokuroru və digər vəzifələrdə işləyib.

Gülhüseyn Adilov 1990-cı ildə prokurorluq orqanlarında qulluğa qəbul olub, əvvəllər Azərbaycan SSR Prokurorluğunun məhkəmələrdə cinayət işlərinə baxılmasına nəzarət şöbəsinin prokuroru, Azərbaycan Respublikası Baş Prokurorluğunun Məhkəmə aktlarının qanuniliyi üzərində nəzarət idarəsi Cinayət-məhkəmə şöbəsinin prokuroru, Baş Prokurorluğun Cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət idarəsinin prokuroru, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru  və digər vəzifələrdə işləyib.

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.