Şriftin ölçüsü :

Saytın rəngi :

BAKI ŞƏHƏR BAŞ POLİS İDARƏSİ VƏ PROKURORLUÄžUNUN MƏLUMATI

10.02.2012

2012-ci il fevralın 8-də saat 21.00 radələrində Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının bir neçə əməkdaşı xidmətdən kənar vaxt metronun “İnşaatçılar” stansiyasının girişində bir qrup gəncin xuliqanlıq hərəkətləri ilə qarşılaşmışdır. Həmin gənclər, onların xuliqanlıq hərəkətlərinin qarşısını alan və intizama dəvət edən polis əməkdaşlarına müqavimət göstərmiş, nəticədə asayiş keşikçilərindən bir neçəsi  bədən xəsarətləri almışdır. 
       Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.1 və 221.2.2-ci maddələri ilə cinayət işi başlanmışdır. 
Fevralın 9-da cinayətin iştirakçılarından üç nəfəri şübhəli şəxs qismində saxlanılmışdır. 
     İctimai qaydanı kobud şəkildə pozan və hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərinin digər iştirakçılarının müəyyənləşdirilməsi və məsuliyyətə cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.