Şriftin ölçüsü :
Saytın rəngi :
2012-ci il fevralın 4-də Nəsimi rayonu İ.Qasımov küçəsindəki 10 saylı binanın 36-cı mənzilində, orada kirayədə yaşayan Kanada vətəndaşı Smit Stefen Markın üzərində zorakılıq əlamətləri olmayan meyiti aşkar edilmişdir.
Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə müasir kriminalistik texniki vasitələrdən istifadə etməklə hadisə yerinə və meyitə baxış keçirmiş, digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri görülmüşdür.
Məhkəmə-tibbi ekspertizasının ilkin rəyinə əsasən, S.Markın ölümünə səbəb onun dəm qazından zəhərlənməsi olmuşdur.
Fakt üzrə Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanmışdır, istintaq aparılır.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı