Şriftin ölçüsü :
Saytın rəngi :
İyulun 20-də Naxçıvan Muxtar Respublikası prokurorunun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatı və tabe rayon (şəhər) prokurorluqlarının əməkdaşlarının iştirakı ilə 2026-cı ilin birinci yarımili ərzində görülən işlərə dair əməliyyat müşavirəsi keçirilib.
Müşavirə iştirakçıları tərəfindən əvvəl Naxçıvan Muxtar Respublikası Prokurorluğunun inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev müasir prokurorluq orqanlarının formalaşmasında və inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqanlarına diqqət və qayğısından bəhs edib, Birinci vitse-prezident Mehriban Əliyevanın yaxından iştirakı ilə ölkə başçısı tərəfindən uğurlu sosial-iqtisadi inkişafın təmin edildiyini, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm dövlət proqramlarının icra edildiyini vurğulayıb.
Sonra Muxtar Respublikada cinayətkarlığa qarşı mübarizə, qanunların icra və tətbiq olunmasına nəzarət, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti, əldə olunmuş nailiyyətlər, yol verilmiş nöqsanlar müzakirə edilib.
Naxçıvan Muxtar Respublikasının prokuroru 2026-cı ilin I yarımili ərzində prokurorluq və digər hüquq-mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat qurumları tərəfindən görülmüş işlərin vəziyyəti barədə ətraflı məruzə ilə çıxış edərək ötən ilin müvafiq dövrü ilə müqayisədə muxtar respublikada qeydə alınmış cinayət hadisələrinin sayının azaldığını, daxili işlər, eləcə də dövlət təhlükəsizlik orqanları ilə birgə səmərəli əməkdaşlıq nəticəsində cinayətlərin açılmasının 96,2% təşkil etdiyini vurğulayaraq, qeydə alınmış cinayətlərin sayının azalmasında mühüm rol oynayan hüquqi maarifləndirmə, qanunvericiliyin izahı və sair profilaktiki tədbirlərin əhəmiyyətindən bəhs edib, həm prokurorluq, həm də digər hüquq-mühafizə orqanlarında təhqiqat və istintaqın keyfiyyətinin daha da artırılması istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Həmçinin qeyd olunmuşdur ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının prokurorluq, daxili işlər, gömrük və digər istintaq qurumları tərəfindən 64 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib, muxtar respublikanın prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə dövlətə, hüquqi və fiziki şəxslərə vurulmuş 599 min manat məbləğində maddi ziyanın 484 min 204 manatı və ya 81%-nin ödənilməsi təmin edilib.
Bununla yanaşı çıxışda digər fəaliyyət istiqamətləri kimi prokurorluq orqanlarında vətəndaş qəbulu və müraciətlərə baxılmasının Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev tərəfindən xüsusi diqqətdə saxlanıldığı qeyd edilib, bu sahədə Baş prokuror tərəfindən müəyyənləşdirilmiş strategiya üzrə işin keyfiyyətinin artırılmasının, müraciətlərə baxılması prosesi üzərində nəzarətin gücləndirilməsinin, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasının vacibliyi vurğulanıb.
Həmçinin müşavirədə prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına, “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nə dönmədən əməl edilməsi bir daha tələb edilib.
Müşavirədə məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, müvafiq şöbə rəisləri və tabe rayon, şəhər prokurorları prokurorluq və digər hüquq-mühafizə orqanlarının istintaq və təhqiqat qurumlarında cinayət işləri və araşdırma materialları üzrə səmərəliliyin və keyfiyyətin artırılması, eləcə də yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində butün zəruri tədbirlərin görüləcəyini bildiriblər.
Məruzə ətrafında çıxışlar və müzakirələrdən sonra əməliyyat müşavirəsinə yekun vuran Muxtar Respublikanın prokuroru ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində muxtar respublikanın prokurorluq orqanlarının bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı