Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Prokurorluğunun veteranı Rzayev Faiq Musa oğlunun 80 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.
Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd ediblər.
Faiq Rzayev 1973-cü ildə prokurorluq orqanlarına qulluğa qəbul olunub, əvvəllər Bakı şəhər prokurorunun ümumi nəzarət üzrə köməkçisi, Azərbaycan Respublikası Prokurorluğunun ümumi nəzarət şöbəsinin prokuroru, Abşeron rayon və Sumqayıt şəhər prokurorunun müavini, Əli-Bayramlı (indiki Şirvan) şəhər prokuroru, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon prokuroru, Bakı şəhəri, Binəqədi rayon prokuroru və digər vəzifələrdə işləyib.
Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı