Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Prokurorluğunun veteranı Şıxsəidova Roza Əli Murad qızının 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.
Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd ediblər.
Roza Şıxsəidova 1982-ci ildə prokurorluq orqanlarında qulluğa qəbul olub, əvvəllər Azərbaycan Respublikası Prokurorluğunun Mülki işlərə məhkəmələrdə baxılması üzərində nəzarət şöbəsinin prokuroru, Baş Prokurorluğunun Məhkəmə aktlarının qanuniliyinə nəzarət idarəsinin böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokurorunun böyük köməkçisi, Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru və digər vəzifələrdə işləyib.
Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı