Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun əməkdaşı beynəlxalq forumda iştirak edib

10.07.2026

10 iyul 2026-cı il tarixdə Rusiya Federasiyasının İrkutsk  şəhərində Beynəlxalq " Baykal Rəqəmsal Forumu" keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin  prokuroru Tural Ağazadə  iştirak edib.

Tədbirin proqramında forumun plenar iclası, iki elmi-praktik konfrans və akademik dinləmələr nəzərdə tutulub.
   
Forum çərçivəsində  İnformasiya və telekommunikasiya məkanında törədilən cinayətlərlə, Kibercinayətkarlığın qarşısının alınması sahəsində beynəlxalq əməkdaşlığın vacibliyi və bir çox mövzularda iştirakçılar arasında  qarşılıqlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.