Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin I hissəsi baxımından Cinayət-Prosessual Məcəlləsinin 420-ci maddəsini həmin Məcəllənin 65.1, 142.1 və 397-ci maddələri ilə əlaqəli şəkildə şərh etmişdir

10.07.2026

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyun 2026-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 131-ci maddəsinin I hissəsinə, 132-ci maddəsinin I hissəsinə və hüquqi müəyyənlik prinsipinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397 və 420-ci maddələrinin tətbiqi zamanı aşağıdakılar nəzərə alınsın:

- apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı qismən ləğv edilib iş həmin hissədə yeni apellyasiya baxışına təyin edildikdə, apellyasiya instansiyası məhkəməsində yeni baxış yalnız kassasiya instansiyası məhkəməsinin qərarı ilə ləğv edilmiş hissəyə münasibətdə həyata keçirilməlidir;

-   apellyasiya instansiyası məhkəməsinin hökmü və ya qərarı kassasiya qaydasında tam və ya qismən ləğv edildikdə, yeni apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397 və 420-ci maddələrinin tələbləri ilə yanaşı, kassasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 416, 419.1, 419.11 və 419.12-ci maddələrində müəyyən edilmiş hədlər daxilində verdiyi əsaslandırılmış göstərişlər də nəzərə alınmalıdır;

- Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.5-ci maddəsinin tətbiq dairəsi yalnız əməlin hüquqi tövsifinə aid məsələlərlə məhdudlaşmır.
Hüquqi müəyyənlik, prosessual qənaət və səmərəlilik, ədalətli məhkəmə araşdırması prinsiplərindən irəli gələrək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulan kassasiya şikayətinin və kassasiya protestinin verilmə müddətlərinin optimallaşdırılması istiqamətində təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.