Şriftin ölçüsü :
Saytın rəngi :
19 yanvar 2012-ci il tarixdə saat 20:00 radələrində 1969-cu il təvəllüdlü Əliyev Şahin Qəzənfər oğlu Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi 11 saylı ünvanda yerləşən yaşayış binasının yaxınlığında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla qeyri-rəsmi nikahda olduğu 1967-ci il təvəllüdlü Əsədova Aygün Qafar qızının bədən səthinin müxtəlif nahiyyələrinə qəsdən çoxsaylı kəsici-deşici xəsarətlər yetirmişdir. Sonra o, Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına müraciət edərək Aygün Əsədovanı xəstəxanaya yerləşdirmiş, lakin sonuncu aldığı xəsrətlərdən orada ölmüşdür.
Fakta görə həmin tarixdə Nəsimi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Şahin Əliyev şübhəli şəxs qismində tutulmuş və təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı