Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib

01.07.2026

Cari ilin iyun ayının 29-30-u Vyana şəhərində “İşgəncələrin və qeyri-insani rəftarın qarşısının alınması: əməkdaşlığın gücləndirilməsi və öhdəliklərin effektiv icrası” mövzusunda ATƏT-in 2026-cı il üzrə İnsan Ölçüsü sahəsində üçüncü Əlavə Görüşü (SHDM III) keçirilib. 

Görüşdə Baş Prokurorluq tərəfdən Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli iştirak edib. 

Görüş çərçivəsində cinayət mühakimə icraatı prosedurlarında təminatlar və hesabatlılıq, təlim, monitorinq və gücləndirilmiş nəzarət mexanizmləri vasitəsilə işgəncələrin qarşısının alınması, habelə işgəncə qurbanları üçün ədalətin təmin edilməsi, cəzasızlıqla mübarizə, zərərin ödənilməsi və reabilitasiya mövzularında dinləmələr keçirilərək geniş diskussiyalar aparılıb. 

Nümayəndə çıxış edərək ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların işgəncə və digər pis rəftar halları ilə bağlı araşdırmaların effektivliyinin artırılmasında oynadığı rol barədə məlumat verib, həmçinin prokurorluq orqanlarının bu istiqamətdə fəaliyyəti və mövcud təcrübəni iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.