Şriftin ölçüsü :
Saytın rəngi :
Fransanın Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən təşkil edilmiş Transmilli Rüşvətxorluğa qarşı Hüquq-Mühafizə Orqanlarının Əməkdaşlarının Qlobal Şəbəkəsinin (GLEN) növbəti – səkkizinci iclasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru Ozal Həsənov iştirak edib.
Tədbir çərçivəsində transmilli korrupsiya cinayətləri, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, belə əmlakların aşkar edilməsi, üzərinə həbs qoyulması sahəsində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb, bu növdən olan cinayətlərin istintaqı üzrə qabaqcıl təcrübələr paylaşılıb, beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi və gələcək birgə fəaliyyət istiqamətləri müzakirə edilib.
Tədbirdə aparılan müsbət istintaq təcrübələrinin mübadiləsi çərçivəsində nümayəndəmiz Ozal Həsənov tərəfindən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılmaqla müvəffəqiyyətlə tamamlanmış transmilli xarakter daşıyan cinayət işi üzrə təqdimat keçirilib. Təqdimat zamanı qeyd edilən iş üzrə faktiki hallar, istintaq metodları, sübutların toplanması, hüquqi qiymətləndirmə və qəbul edilmiş prosessual qərarlar barədə ətraflı məlumat verilib.
Sözügedən müsbət təcrübə nümunəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında verilmiş suallar cavablandırılıb.
Eyni zamanda, oxşar xarakterli cinayətlərin istintaqının aparılması ilə bağlı müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının təcrübələri dinlənilib, səmərəli fikir mübadiləsi aparılıb.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı