Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, insanın şərəf və ləyaqəti dövlət tərəfindən qorunur. Heç kəsə işgəncə və əzab verilə, heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq, cinayət təqibi həyata keçirilərkən işgəncə, fiziki və psixi zorakılıq, habelə digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəza tətbiq edilə bilməz.
Bundan başqa, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsində təsbit edilmişdir ki, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, prokurorluq orqanları tərəfindən insan hüquq və azadlıqlarının müdafiəsi, işgəncə və qeyri-insani rəftar halları ilə bağlı müraciətlərin araşdırılması, qanun pozuntularının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri nəzarət tədbirləri həyata keçirilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı