Şriftin ölçüsü :
Saytın rəngi :
2026-cı il iyunun 16–18-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev Belarus Respublikasının Minsk şəhərində keçirilən “Milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsinin əsas istiqamətləri” mövzusunda VI Beynəlxalq Elmi-praktik konfransda iştirak edib.
Tədbirdə Səbuhi Şahverdiyev milli təhlükəsizliyin təmin edilməsində hüquq-mühafizə orqanlarının rolu, rəqəmsal transformasiya şəraitində yeni çağırışlar, elektron sübutlarla iş və müasir tədris yanaşmaları barədə geniş məruzə ilə çıxış edib.
Səfər çərçivəsində Belarus Respublikasının İstintaq Komitəsinin İxtisasartırma və yenidən hazırlıq İnstitutunun rəhbərliyi, habelə digər hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşlər keçirilib.
Görüşlər zamanı Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə İnstitut arasında əməkdaşlığın daha da genişləndirilməsi, birgə elmi-tədqiqatların aparılması, qarşılıqlı təcrübə mübadiləsinin təşkili, elmi nəşrlərin hazırlanması və peşə hazırlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Görüşlərdə tərəflər hüquqi təhsil və elmi fəaliyyət sahəsində əlaqələrin gələcək inkişafının qarşılıqlı maraqlara xidmət etdiyini vurğulayıblar.





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı