Şriftin ölçüsü :

Saytın rəngi :

Veteran prokurorluq işçiləri təbrik edilib

16.06.2026

Azərbaycan Prokurorluğunun veteranları Məmmədov Fəxrəddin Tahir oğlunun 75, Məmmədov Hafiz Məmməd oğlunun isə 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.

Görüş zamanı veteran prokurorlar xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd ediblər.

Fəxrəddin Məmmədov 1992-ci ildən prokurorluq orqanlarında qulluğa qəbul olunaraq Bakı şəhəri Binəqədi rayon prokurorunun köməkçisi, Baş Prokurorluğun Təşkilat-nəzarət idarəsinin prokuroru və böyük prokuroru vəzifələrində işləyib. 

Hafiz Məmmədov 1980-ci ildən prokurorluq orqanlarında qulluğa başlayaraq, Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi, həmin rayon prokurorluğunun böyük müstəntiqi, Respublika Prokurorluğunun Mülki işlərə məhkəmələrdə baxılması üzərində nəzarət şöbəsinin prokuroru və həmin şöbənin rəis müavini, Azərbaycan Respublikası Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi, Abşeron rayon prokurorunun müavini, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti, Baş Prokurorluğun Kadrlar idarəsinin rəis müavini və Ağsu rayon prokuroru vəzifələrində işləyib. 

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.