Şriftin ölçüsü :

Saytın rəngi :

#Hüquqimaarifləndirmə #İnsanHüquqlarıAylığı #HumanRightsMonth - Uşağın öz fikrini bildirmək hüququ

12.06.2026

BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 12-ci maddəsinə və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini sərbəst bildirmək, həmçinin məhkəmə istintaqı və inzibati araşdırmalar zamanı dinlənilmək hüququna malikdir.

Uşağın maraqlarına zidd hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır.

Qanunvericiliyə uyğun olaraq, müəyyən hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Eyni zamanda, qərar qəbul edilərkən 7 yaşına çatmış uşağın da fikri öyrənilə və nəzərə alına bilər.

Uşağın fikrinə hörmət göstərilməsi onun hüquqlarının qorunmasının və sağlam inkişafının vacib tərkib hissəsidir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.