Şriftin ölçüsü :

Saytın rəngi :

#Hüquqimaarifləndirmə #İnsanHüquqlarıAylığı #HumanRightsMonth - Uşaq hüquqlarının müdafiəsi üzrə dövlət nəzarəti

11.06.2026

Hər bir uşağın təhlükəsiz, sağlam və layiqli şəraitdə yaşamaq hüququ vardır.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət uşaq hüquqları sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasını, uşaqların mənafeyinin üstün tutulmasını və onlara münasibətdə ayrı-seçkiliyə yol verilməməsini təmin edir:

- Uşaqlarla bağlı qərarlar qəbul edilərkən onların hüquq və qanuni mənafeləri ilk növbədə nəzərə alınmalıdır;
- Heç bir uşaq yaşına, cinsinə, sağlamlıq vəziyyətinə, sosial mənşəyinə və ya digər əlamətlərinə görə ayrı-seçkiliyə məruz qalmamalıdır;
- Uşaq hüquqlarının pozulmasına səbəb olan hallar vaxtında aşkar edilməli və aradan qaldırılmalıdır;
- Uşaqların təhlükəsiz, sağlam və hərtərəfli inkişafı üçün əlverişli mühit yaradılmalıdır.

Qanunvericiliyə uyğun olaraq, uşaq hüquq və azadlıqlarınınhəyata keçirilməsinə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, qəyyumluq və himayəçilik orqanları, aidiyyəti dövlət qurumları, habelə qanunla müəyyən edilmiş hallarda prokurorluq orqanları tərəfindən nəzarət edilir.

Uşaq hüquqlarının qorunması yalnız dövlət orqanlarının deyil, bütövlükdə cəmiyyətin ümumi məsuliyyətidir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.