Şriftin ölçüsü :
Saytın rəngi :
Cinayət prosesində iştirak edən şəxslərin hüquqlarının qorunması dövlətin əsas vəzifələrindən biridir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən:
* Zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxs keyfiyyətli hüquqi yardım almaq hüququna malikdir.
* Cinayət prosesində iştirak edən şəxslər öz seçdikləri nümayəndənin və ya vəkilin hüquqi yardımından istifadə edə bilərlər.
* Zərər çəkmiş şəxsin və ya şahidin dindirilməsi zamanı onların dəvət etdikləri vəkilin iştirakına yol verilməlidir.
* Cinsi istismar, cinsi zorakılıq qurbanı olan uşaqlara və məişət zorakılığından zərər çəkmiş şəxslərə tələb etdikləri halda pulsuz hüquqi yardım göstərilməsi təmin edilir.
* Şübhəli və ya təqsirləndirilən şəxs tutulduğu, həbs edildiyivə ya ilk dəfə dindirildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququna malikdir.
* Hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxtvə imkan əldə etməlidir.
* Müdafiəçinin xidmət haqqını ödəmək imkanı olmadıqda qanunla müəyyən edilmiş hallarda pulsuz hüquqi yardım göstərilir.
* Şübhəli və ya təqsirləndirilən şəxs ifadə verməyə və ya özəleyhinə hər hansı material təqdim etməyə məcbur edilə bilməz.
Hüquqi yardım almaq və müdafiə hüququ ədalətli cinayət mühakiməsinin əsas təminatlarından biridir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı