Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasında hər bir şəxsin əmək və bərabərlik hüquqları Azərbaycan Respublikasının Konstitusiyası və Əmək Məcəlləsi ilə təmin olunur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, “ailə vəzifələri olan işçi”— tibbi rəyə əsasən qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvlərinə qulluq göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək və ya işdə irəli çəkilmək imkanları məhdudlaşan şəxsdir və xüsusi hüquqi statusa malikdir. Qanunvericiliyə görə əmək münasibətlərində ailə vəziyyəti və ailə öhdəliklərinə görə hər hansı ayrı-seçkiliyə, məhdudiyyətə və ya üstünlük verilməsinəyol verilmir.
Qanunvericilik aşağıdakı halları qadağan edir:
* Ailə öhdəliklərinə görə işə qəbuldan imtina edilməsini;
* Karyera və vəzifədə irəliləmə imkanlarının məhdudlaşdırılmasını;
* İşçilər arasında fərqli və ayrı-seçkilik xarakterli yanaşmanı.
Ailə vəzifələri olan işçilər digər vətəndaşlarla bərabər əmək hüquqlarına malikdirlər. Dövlət bu hüquqların qorunmasına təminat verir və onların pozulması qanunvericiliklə məsuliyyət yaradır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı