Şriftin ölçüsü :
Saytın rəngi :
Rəqəmsal mühitdə də hər bir şəxsin şəxsi və ailə həyatının toxunulmazlığı qanunla qorunur.
Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə və “Fərdi məlumatlar haqqında” Qanuna əsasən, şəxsin razılığı olmadan onun fərdi məlumatlarının toplanılması, saxlanılması və yayılması qanunazidd hesab olunur.
Sosial şəbəkələrdə aşağıdakı hərəkətlər hüquq pozuntusu sayılır:
* şəxsin fotosunu, videosunu, ünvanını və ya əlaqə məlumatlarını icazəsiz paylaşmaq;• şəxsi yazışmaları, səs yazılarını və ya skrinşotları yaymaq;
* kiberbullinq, təhdid və ya saxta hesablar vasitəsilə psixoloji təzyiq göstərmək;
* şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlar paylaşmaq.
Bu hallara görə qanunvericilikdə hüquqi məsuliyyət nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 147, 148 və 156-cı maddələrinə əsasən, böhtan, təhqir və şəxsi həyatın gizliliyinin pozulmasına görə cərimə, ictimai işlər və ya azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
İnzibati Xətalar Məcəlləsinin 375-ci maddəsinə əsasən isə fərdi məlumatların qorunması qaydalarını pozan şəxslər və platformalar inzibati məsuliyyət daşıyırlar.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı