Şriftin ölçüsü :

Saytın rəngi :

Veteran prokurorluq işçisi təbrik edilib

05.06.2026

Azərbaycan Prokurorluğunun veteranı Musayev Füzuli Həmid oğlunun 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.

Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib. 

Füzuli Musayev 1992-ci ildə prokurorluq orqanlarında qulluğa qəbul edilib, əvvəllər Daşkəsən, Samux və Tovuz rayon prokurorluğunda müstəntiq və böyük müstəntiq, Zaqatala və Sabirabad rayon prokurorluqlarında prokuror müavini, Sabirabad və Şamaxı rayon prokuroru, eləcə də digər vəzifələrdə işləyib.

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçmiş, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.