Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti Milli Aviasiya Akademiyasında mühazirə ilə çıxış ediblər

05.06.2026

İyunun 3-də Milli Aviasiya Akademiyasında Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndələri — Tarika Jayaratne və Aleksis Bleyk tərəfindən “Rəqəmsal sübutlar və kibercinayətlər üzrə cinayət təqibi” mövzusunda mühazirə keçirilib.

Tədbirdə hüquqşünas alimlər, prokurorluq əməkdaşları, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Qonaqlar Akademiyanın müasir infrastrukturu ilə tanış olub, tələbələrlə öz peşəkar təcrübələrini bölüşərək onları maraqlandıran sualları cavablandırıblar.

Sonda xatirə şəkli çəkilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.