Şriftin ölçüsü :

Saytın rəngi :

#Hüquqimaarifləndirmə #İnsanHüquqlarıAylığı #HumanRightsMonth - Sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial-pedaqoji və sosial-psixoloji reabilitasiyası

03.06.2026

“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, fərdi profilaktik iş sosial təhlükəli vəziyyətdə olan ailələrin və yetkinlik yaşına çatmayanların vaxtında aşkar edilməsi, onların sosial-pedaqoji və sosial-psixoloji reabilitasiyası, eləcə də yetkinlik yaşına çatmayanlar tərəfindən hüquq pozuntularının qarşısının alınması məqsədilə həyata keçirilən sistemli fəaliyyət kimi müəyyən edilir.

Qanunvericiliyə uyğun olaraq, sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial-pedaqoji reabilitasiyası ilə yanaşı, sosial-psixoloji reabilitasiyasının təmin edilməsi də dövlət orqanlarının əsas vəzifələrindən biri kimi müəyyən olunmuşdur. 
Bu hüquqi yanaşma uşaqlarla aparılan profilaktik işin yalnız nəzarət və müşahidə tədbirləri ilə məhdudlaşmadığını, eyni zamanda onların psixoloji vəziyyətinin bərpasını, sosial bacarıqlarının inkişafını və cəmiyyətə sağlam şəkildə reinteqrasiyasını da əhatə etdiyini göstərir.

Beləliklə, qanunvericilik uşaqlarla bağlı profilaktik fəaliyyəti kompleks müdafiə mexanizmi kimi müəyyən etməklə, onların hüquqlarının qorunmasına, psixoloji rifahının təmin edilməsinə və sağlam sosial mühitdə inkişafına yönəlmiş dövlət siyasətini gücləndirir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.