Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 72.1-ci və Cinayət-Prosessual Məcəlləsinin 101.3-cü maddələrinə əsasən, uşaqların iştirak etdiyi mülki və cinayət işlərində onların hüquq və mənafelərinin müdafiəsi xüsusi hüquqi təminatlarla təmin edilir.
Qanunvericiliyə uyğun olaraq, uşağa mənəvi, fiziki və ya maddi zərər vurmaqda şübhəli bilinən və ya bu əməldə ittiham olunan şəxslərin, o cümlədən valideyn, qəyyum və ya yaxın qohum statusundan asılı olmayaraq, məhkəmə və istintaq prosesində uşağın qanuni nümayəndəsi qismində iştirakına yol verilmir.
Bu hüquqi yanaşma maraqların toqquşmasının qarşısını almağa, uşağa qarşı mümkün təzyiq və təsir hallarını istisna etməyə, eləcə də prosesin obyektiv və ədalətli aparılmasını təmin etməyə xidmət edir.
Beləliklə, qanunvericilik uşağın hüquq və mənafelərinin müdafiəsini prioritet prinsip kimi müəyyən etməklə, onun təhlükəsiz və müstəqil hüquqi müdafiəsinə təminat yaradır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı