Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, 16–18 yaş aralığında olan şəxslər tərəfindən ilk dəfə inzibati xəta törədildiyi hallarda onlara münasibətdə xüsusi hüquqi yanaşma tətbiq olunur. Bu yanaşmanın əsas məqsədi cəza tətbiqi deyil, uşağın sosial müdafiəsi və islahına xidmət etməkdir. Qərar qəbul edilərkən uşağın psixi inkişafı, təhsil səviyyəsi, səhhəti və həyat şəraiti fərdi qaydada nəzərə alınır.
Belə hallarda inzibati məsuliyyət əvəzinə Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən tərbiyəvi və islah xarakterli təsir tədbirləri tətbiq oluna bilər.
İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsinə uyğun olaraq, inzibati xətalar haqqında materiallar müvafiq dövlət orqanları tərəfindən inzibati xətanın aşkar edildiyi vaxtdan etibarən 2 iş günü müddətində uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalara göndərilməlidir. Bu norma uşaqlarla bağlı icraatın ləngiməsinin qarşısını alır, onların hüquqlarının daha operativ müdafiəsini təmin edir və dövlət orqanları arasında institusional koordinasiyanı gücləndirir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı