Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndəsi Avropa İnternet İdarəçiliyi Dialoqunun İllik Konfransında iştirak edib

01.06.2026

Mayın 26-27-si tarixlərində Belçika Krallığının Brüssel şəhərində keçirilmiş Avropa İnternet İdarəçiliyi Dialoqunun İllik Konfransında (EuroDIG 2026) Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev iştirak edib.

Tədbirdə internet idarəçiliyi, kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə, elektron sübutların əldə edilməsi, şəxsi məlumatların qorunması, süni intellektin təhlükəsiz və məsuliyyətli tətbiqi, eləcə də rəqəmsal mühitdə insan hüquqlarının müdafiəsi məsələləri üzrə müzakirələr aparılıb.

EuroDIG 2026 zamanı rəqəmsal transformasiya şəraitində hüquq mühafizə orqanlarının qarşılaşdığı çağırışlar, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, kibercinayətkarlığa qarşı mübarizədə qabaqcıl təcrübələrin tətbiqi və yeni texnologiyaların hüquqi tənzimlənməsi ilə bağlı fikir mübadiləsi həyata keçirilib.

Tədbir çərçivəsində müxtəlif ölkələrin dövlət qurumları, beynəlxalq təşkilatlar, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələri arasında internet idarəçiliyi sahəsində aktual məsələlər üzrə dialoq və əməkdaşlıq imkanları müzakirə olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.