Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Cinayət Məcəlləsinin müvafiq müddəalarına əsasən, ailə münasibətlərinin hüquqi əsasları və şəxsi azadlıqlar dövlət tərəfindən qorunur.
Ailə Məcəlləsinin 10.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bu norma yetkinlik yaşına çatmayan şəxslərin müdafiəsi, onların təhsil hüququnun təmin edilməsi və sağlam sosial-psixoloji inkişafının qorunmasına xidmət edir.
Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə əsasən, nikaha və ya erkən evliliyə məcbur etmə cinayət məsuliyyəti yaradır.
Həmin əməllərin törədilməsinə görə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Eyni zamanda, nikah yaşına çatmayan şəxsi erkən evliliyə daxil olmağa məcbur etmə daha ağır hüquqi nəticələr doğurur və üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu hüquqi tənzimləmə ailə institutunda könüllülük prinsipini təmin etməklə yanaşı, yetkinlik yaşına çatmayan şəxslərin məcburi ailə münasibətlərinə cəlb olunmasının qarşısını alır və insan hüquqlarının, xüsusilə uşaqların hüquqlarının effektiv müdafiəsinə xidmət edir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı