Şriftin ölçüsü :
Saytın rəngi :
Müasir rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt vasitələri insanların görüntüsünü və səsini real olmayan formada dəyişdirməyə və saxta materiallar hazırlamağa imkan verir. Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, bu cür hərəkətlər cinayət məsuliyyəti yaradır.
Belə ki, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialların hazırlanması, eləcə də həmin materialların mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılması cinayət məsuliyyəti yaradır.
Bu əməllərə görə qanunvericilikdə cərimə, ictimai işlər, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə kimi sanksiyalar nəzərdə tutulmuşdur. Belə ki, törədilmiş əməl üçün üç min manatdan yeddi min manatadək cərimə, üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə tətbiq edilə bilər.
Eyni əməl ağırlaşdırıcı hallarda — bir qrup şəxs və ya qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədi daşıdıqda, yaxud zərərçəkmiş şəxsin xidməti vəzifəsi və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar törədildikdə — üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı