Şriftin ölçüsü :
Saytın rəngi :
Cari il 21-22 may tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Kadrlar idarəsinin birgə təşkilatçılığı ilə prokurorluq orqanlarında xüsusi rütbəsi olmayan vəzifələrdə çalışan işçilər üçün “Dövlət qulluğunda gender bərabərliyi və qanunvericiliyin tətbiqi məsələləri” mövzusunda qarışıq (əyani və distant) formatda təlim keçirilib.
Təlimdə iştirakçılara dövlət qulluğunda gender bərabərliyinin təmin edilməsinin hüquqi və institusional əsasları, dövlət orqanlarında inzibati vəzifələrin tutulmasının şərtləri və qaydaları, gender bərabərliyi prinsiplərinin tətbiqi ilə bağlı milli qanunvericilik və beynəlxalq standartlar, gender bərabərliyi və əmək hüququ, habelə dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi məsələləri barədə ətraflı məlumat verilib.
Ümumilikdə təlimdə 639 nəfər dinləyici iştirak edib, mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.







Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı