Şriftin ölçüsü :

Saytın rəngi :

Veteran prokurorluq işçisi təbrik edilib

25.05.2026

Azərbaycan Prokurorluğunun veteranı İbrahimov Həsən İbrahim oğlunun 75 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.

Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd edib.

Həsən İbrahimov 1982-ci ildən prokurorluq orqanlarına işə qəbul edilərək, Sumqayıt şəhər, Abşeron, Qax, Tovuz, Qəbələ rayonlarında prokurorunun köməkçisi və böyük köməkçisi, habelə Sumqayıt şəhər prokurorunun müavini vəzifələrində işləyib.

Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçən, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.