Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 21-22 may tarixlərində Özbəkistan Respublikası Hüquq-mühafizə Akademiyasının təşkilatçılığı ilə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “Tashkent Cyberlex-2026” adlı “Rəqəmsal dövrdə qanunun aliliyinin təmin edilməsi: innovasiyalar, insan hüquqları və təhlükəsizlik balansı” mövzusunda hibrid formada beynəlxalq elmi-praktik forum keçirilib.
Müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının nümayəndələrinin, ali təhsil müəssisələrinin, habelə “Europol”, “Interpol” və aparıcı texnoloji şirkətlərin (Cellebrite, Magnet Axiom, Elliptic və s.) mütəxəssislərinin iştirak etdiyi Forumda ölkəmizi Elm-Tədris Mərkəzinin şöbə rəisi Əmir Ocaqverdiyev təmsil edib.
Forumda çıxış edən Ə.Ocaqverdiyev “Tashkent Cyberlex-2026” adlı tədbirin rəqəmsal dövrün aktual çağırışlarına cavab vermək, qanunun aliliyini təmin etmək, insan hüquqlarını qorumaq və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə mühüm platforma rolunu oynayacağını vurğulamaqla, süni intellektin hüquq mühafizə orqanlarının fəaliyyətində tətbiqi, rəqəmsal transformasiya, müvafiq təlim-tədris kadr hazırlığının əsasları və ölkəmizdə bu istiqamətində görülən işlər barədə ətraflı məlumat verib, həmçinin, tədbir çərçivəsində baş tutan müzakirələrə qatılaraq iştirakçılar tərəfindən verilən sualları cavablandırıb.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı