Şriftin ölçüsü :
Saytın rəngi :
Mayın 11-12-si tarixlərində Avstriya Respublikasının paytaxtı Vyana şəhərində BMT-nin “Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı” Konvensiyasının (UNTOC) Odlu Silahlar haqqında Protokolunun tətbiqi və icrası ilə bağlı həmin Protokol üzrə işçi qrupunun 13-cü sessiyası keçirilib.
Müxtəlif dövlətlərin hüquq-mühafizə, o cümlədən prokurorluq orqanlarının odlu silahlarla törədilən cinayətlər üzrə ixtisaslaşmış əməkdaşlarının, habelə UNTOC-un İcmal Mexanizmi üzrə təyin olunmuş əlaqələndirici şəxs və ekspertlərin iştirak etdiyi tədbirdə Baş Prokurorluğu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Yusifli təmsil edib.
İşçi qrupunun iclası zamanı "Odlu Silahlar haqqında Protokol"un həyata keçirilməsinin asanlaşdırılması kontekstində təcrübə mübadiləsi aparılıb, mövcud çətinliklər və təhdidlər müəyyən edilərək müzakirə olunub, habelə Protokolun müddəalarının daha effektiv həyata keçirilməsi məqsədilə fəaliyyət istiqamətlərinə və texniki yardım vasitələrinin hazırlanmasına dair tövsiyələr verilib.
Bundan əlavə, tədbir çərçivəsində qeyri-hökumət təşkilatları, özəl sektor və akademik dairələrin nümayəndələri daxil olmaqla aidiyyəti maraqlı tərəflərlə UNTOC-un İcra Təftiş Mexanizmi çərçivəsində aparılan təftiş prosesi ilə bağlı konstruktiv dialoqlar keçirilib.
Qeyd edək ki, "Odlu Silahlar haqqında Protokol" dövlətlərə silahların və onların dövriyyəsinin nəzarətdə saxlanılması və tənzimlənməsi, onların qanunsuz bazarlara yönləndirilməsinin qarşısının alınması, habelə silah alverçilərinin araşdırılması və cinayət məsuliyyətinə cəlb olunması sahəsində dövlətlərə dəstək verən, həmçinin qanunsuz odlu silahlarla mübarizə üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsini təşviq edən əsas beynəlxalq sazişlərdən biridir. Odlu Silahlar üzrə İşçi Qrupu isə həmin Protokol üzrə mandatın icrasında dövlətlərə məsləhət və yardım göstərilməsi məqsədilə təsis edilib.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı