Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan və Monqolustanın Baş prokurorları Milli Aviasiya Akademiyasında “Beynəlxalq hüquqi əməkdaşlığın əhəmiyyəti” mövzusunda mühazirə ilə çıxış ediblər

08.05.2026

Tədbirdə hüquqşünas alimlər, prokurorluq əməkdaşları, müəllim və tələbələr iştirak ediblər.

Çıxışlarda kibercinayətkarlıq, çirkli pulların yuyulması, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi və beynəlxalq terrorizm kimi transmilli cinayətlərlə mübarizədə beynəlxalq hüquqi əməkdaşlığın vacibliyi vurğulanıb.

Baş prokurorlar hüquq-mühafizə orqanları arasında operativ informasiya mübadiləsi, qarşılıqlı hüquqi yardım və birgə istintaq mexanizmlərinin əhəmiyyətindən danışıblar. Rəqəmsal sübutların qorunması və beynəlxalq mübadiləsi üçün hüquqi mexanizmlərin inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.

Mühazirədən sonra tələbələrin sualları cavablandırılıb, daha sonra qonaqlar Akademiyanın müasir infrastrukturu, “Texnoritm” innovasiya platforması, Beynəlxalq Təlim Mərkəzi və uçuş simulyatorları ilə tanış olublar.

Sonda Baş prokurorlar tədbirin yüksək səviyyədə təşkilinə görə Akademiyanın rektoru, akademik Arif Paşayevə təşəkkür ediblər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.