Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının Baş Prokurorluğunun dəstəyi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin təşkilatçılığı ilə 6 may 2026-cı il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş III Respublika Hüquq Olimpiadası keçirilib.
Baş Prokurorluqda keçirilən tədbirin açılış mərasimində çıxış edən Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov bu cür intellektual yarışların hüquqşünas tələbələrin nəzəri və praktiki biliklərinin inkişafında mühüm rol oynadığını, onların hüquq sahəsinə marağının artırılmasına və peşəkar hazırlıqlarının gücləndirilməsinə xidmət etdiyini qeyd edib.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev çıxışında olimpiadaların gənclərin hüquqi biliklərinin möhkəmləndirilməsi, analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsi və gələcəkdə peşəkar hüquqşünas kimi formalaşmaları baxımından əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, Vəkillər Kollegiyasının Tədris Mərkəzinin direktoru Əmir Əliyev hüquq təhsilinin inkişafında belə layihələrin rolundan bəhs edib, tələbələrin elmi və peşəkar potensialının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini qeyd ediblər.
Daha sonra olimpiadanın təşkilində iştirak edən dövlət qurumlarının rəhbər və nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.
III Respublika Hüquq Olimpiadasının nəticələrinə əsasən, I yerə Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası, II yerə Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası, III yerə isə Bakı Dövlət Universitetinin komandası layiq görülüb.










Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı