Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqda gənc hüquqşünaslarla görüş keçirilib

05.05.2026

5 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Hüquqi dövlət quruculuğu və prokurorluq fəaliyyətinin müasir inkişaf strategiyası” mövzusunda gənc hüquqşünaslarla görüş keçirilmişdir.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu prinsiplərinin formalaşdırılması və prokurorluq orqanlarının fəaliyyətinin inkişafında müstəsna xidmətlərindən bəhs olunmuşdur.

Görüşdə iştirak edən Milli Aviasiya Akademiyasının tələbələrinə prokurorluq orqanlarının fəaliyyəti, cinayət təqibinin həyata keçirilməsi, prosessual rəhbərlik və istintaqa nəzarətin əsas istiqamətləri, eləcə də peşəkar hüquqşünas kimi formalaşmaq üçün zəruri bilik və bacarıqlar barədə ətraflı izahlar təqdim olunmuşdur.

Daha sonra tələbələr Baş Prokurorluğun kriminalistika laboratoriyası, kitabxanası, memorial qalereyası, istintaq və dindirmə otaqları, konfrans zalları, eləcə də müasir informasiya proqram təminatı ilə yaxından tanış olmuş, onlara praktik fəaliyyətin təşkilinə dair əyani məlumatlar verilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.