Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə - Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinin “Qeyd” hissəsini həmin Məcəllənin 321.1-ci maddəsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi və 606-cı maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsi ilə əlaqəli şəkildə şərh etmişdir

30.04.2026

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2026-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Məcəlləsinin 321-ci maddəsinin “Qeyd” hissəsi həmin maddənin dispozisiyası ilə uyğunsuzluq təşkil etməklə hərbi xidmətdən yayınmaq məqsədi ilə toplanışlara çağırışdan boyun qaçırmanın səbəb olacağı hüquqi nəticəyə dair qanunvericinin iradəsini aydın və birmənalı şəkildə ifadə etmir. Bu baxımdan, qeyd olunan məsələnin qanunvericilik qaydasında aydın və birmənalı şəkildə tənzimlənməsinə ehtiyac vardır.

Həmin qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsi və 80-ci maddəsinin hüquqi təyinatından, o cümlədən hüquqi müəyyənlik və qanunçuluq prinsiplərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərdən irəli gələrək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 321-ci maddəsinin cinayət tərkibinin aydın və birmənalı şəkildə müəyyənləşdirilməsi istiqamətində təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.