Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Prokurorluğunun veteranı Əkbərov Ələkbər Məhərrəm oğlunun 70 illik yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.
Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd ediblər.
Ələkbər Əkbərov 1993-cü ildə prokurorluq orqanlarında qulluğa qəbul olmuş, əvvəllər Gəncə şəhər prokurorluğunun prokuror-kriminalisti, Ağdaş rayon prokurorluğunun müstəntiqi, Qazax rayon prokurorluğunun prokuror-kriminalisti, Bakı şəhər prokurorluğunun İstinaq idarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsinin prokuroru və digər vəzifələrdə işləyib.
Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran, şərəfli inkişaf yolu keçib, prokurorluğun adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı