Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhər prokurorluğu əməyin mühafizəsi üzrə müsabiqənin qalibi olub

27.04.2026

27 aprel 2026-cı il tarixdə Bakı şəhərində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən Ümumdünya əməyin mühafizəsi gününə həsr olunmuş “Təhlükəsiz əmək səmərəli fəaliyyətin əsasıdır” mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adgözəlov və Bakı şəhər prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi ədliyyə müşaviri Ramil Əliyev iştirak edib.

Tədbir çərçivəsində “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının müəssisə və təşkilatlar arasında keçirilmiş müsabiqəsinin nəticələri elan olunub. 

Müsabiqənin nəticələrinə əsasən Bakı şəhər prokurorluğu qalib elan edilmiş və təltifetmə mərasimində sertifikat təqdim edilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.