Şriftin ölçüsü :
Saytın rəngi :
Aprelin 27-də Azərbaycan Respublikası Prokurorluğunun gənc əməkdaşları görkəmli yazıçı, pedaqoq, filologiya elmləri doktoru, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin anadan olmasının 118-ci ildönümü münasibətilə İçərişəhərdə yerləşən və yazıçının uzun illər yaşadığı evdə – “Ədibin Evi” mədəniyyət ocağında olublar.
Ziyarət çərçivəsində Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva iştirakçılara XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Mir Cəlal Paşayevin həyat və yaradıcılığı barədə geniş məlumat verib.
Ekskursiya zamanı prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin ədəbi irsinin nadir nümunələri, həmçinin onun yaradıcılıq dünyasını əks etdirən eksponatlarla tanış olublar.
Yazıçının şəxsi əşyaları, arxiv materialları, eləcə də onun haqqında nəşr olunmuş tədqiqat əsərləri nümayiş etdirilib.
Sonda xatirə şəkli çəkilib.





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı