Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncədə dövlət ittihamını müdafiə edən prokurorların regional iclası keçirilib

27.04.2026

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin növbəti regional iclası keçirilib. 

Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə Apellyasiya məhkəməsinin yurisdiksiyasında olan rayon (şəhər), ağır cinayətlər məhkəmələrinin və həmin apellyasiya məhkəməsinin dövlət ittihamçılarının iştirakı ilə keçirilən iclasda Baş prokuror Kamran Əliyevin dövlət ittihamının müdafiəsi sahəsində fəaliyyətin səmərəliliyinin daha da artırılması istiqamətində tapşırıq və tövsiyələri diqqətə çatdırılıb.

Eyni zamanda regional iclasda dövlət ittihamçılarının fəaliyyəti ilə əlaqədar qarşıda duran vəzifələr, vahid məhkəmə təcrübəsi və cəza siyasətinin formalaşdırılmasında dövlət ittihamçılarının rolu, istintaq qurumları ilə səmərəli qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri ətraflı müzakirə olunub. İstintaq qurumlarının fəaliyyətində bəraət hökmlərinin qəbul edilməsi, işlərin geri qaytarılması ilə nəticələnən pozuntu və çatışmazlıqlar, onların aradan qaldırılması yolları, habelə protestlərin verilməsi təcrübəsi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.