Şriftin ölçüsü :
Saytın rəngi :
2026-cı il 24 aprel tarixində Tərtər rayonunda təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib.
Tədbir korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi olmaqla, milli antikorrupsiya strategiyasının, habelə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın məqsəd və hədəflərinə uyğun olaraq təşkil edilib.
Təlimdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Mərkəzin rəis müavini Səbuhi Şahverdiyev, şöbə rəisi Nigar Qələndərli, şöbə prokuroru Bəhlul Yaqubov, Tərtər rayon prokuroru Fuad Məmmədov, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisinin müavini Kamil Kamilli, Baş idarənin idarə prokuroru İlkin Babazadə, habelə, Tərtər rayon icra başçısı Müstəqim Məmmədov, Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli və nazirliyin digər rəhbər şəxsləri iştirak ediblər.
Tədbir çərçivəsində təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti, korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticələri, dövlət qulluqçularının etik davranış qaydaları, habelə milli qanunvericilikdə maraqlar toqquşmasının qarşısının alınması imkanları barədə çıxışlar edilib.
Sonda təhsil işçiləri ilə müzakirələr aparılıb, onlar tərəfindən ünvanlanan suallar ətraflı cavablandırılıb.








Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı