Şriftin ölçüsü :
Saytın rəngi :
Aprelin 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Qarabağ Universiteti arasında imzalanmış əməkdaşlıq Memorandumu çərçivəsində “Prokurorluq fəaliyyətinin əsas istiqamətləri: prosessual rəhbərlik və istintaqa nəzarətin həyata keçirilməsi” mövzusunda konfrans keçirilib.
Konfransda Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Mərkəzin rəis müavini Səbuhi Şahverdiyev, şöbə rəisi Nigar Qələndərli və şöbə prokuroru Bəhlul Yaqubov iştirak ediblər.
Tədbirdə prokurorluq fəaliyyətinin əsas istiqamətləri, xüsusilə cinayət təqibi üzrə prosessual rəhbərliyin həyata keçirilməsi, ibtidai istintaqa nəzarətin effektiv təşkili, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və bu sahədə mövcud praktiki məsələlər geniş şəkildə müzakirə olunub. Eyni zamanda, müasir dövrdə hüquq-mühafizə fəaliyyətinin səmərəliliyinin artırılması üçün elmi-praktiki yanaşmaların tətbiqinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda Qarabağ Universiteti tələbələrinin mövzu ilə bağlı sualları ətraflı şəkildə cavablandırılıb.






Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı