Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar prokurorluq orqanları tərəfindən həyata keçirilən kompleks tədbirlər çərçivəsində aprelin 22-də İmişli rayon prokurorluğunun inzibati binasında “Tikinti və şəhərsalma proseslərində qanun pozuntularına qarşı mübarizə” mövzusunda seminar keçirilib.
Seminarda ətraf ərazi üzrə fəaliyyət göstərən 10 prokurorluğun əməkdaşları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media nümayəndələri və ictimai fəallar iştirak ediblər.
Tədbirin əsas məqsədi tikinti və şəhərsalma proseslərində qanun pozuntularının qarşısının alınması, memarlıq və şəhərsalma sahəsində dövlət nəzarətinin daha da gücləndirilməsi, habelə bu istiqamətdə hüquq-mühafizə orqanlarının rolunun nümayiş etdirilməsi olub.
Seminarı giriş sözü ilə açan İmişli rayon prokuroru Valeh Səmədov tikinti və şəhərsalma sahəsində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini vurğulayaraq, prokurorluq orqanları tərəfindən həyata keçirilən nəzarət tədbirləri, aşkar edilən qanun pozuntularına qarşı görülən hüquqi tədbirlər və preventiv mexanizmlər barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov tikinti və şəhərsalma sahəsində aşkarlanan hüquq pozuntularının ictimaiyyətə operativ və düzgün çatdırılması, bu sahədə şəffaflığın təmin edilməsi, eləcə də media ilə səmərəli əməkdaşlığın əhəmiyyəti barədə danışıb, aparılan islahatlara toxunub.
İmişli rayon prokurorunun müavini Xanlar Xanlarzadə isə çıxışında tikinti və şəhərsalma proseslərində hüquqi maarifləndirmənin genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, vətəndaşların və sahibkarların bu sahədə hüquqi biliklərinin artırılmasının qanun pozuntularının qarşısının alınmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Seminar çərçivəsində tikinti və şəhərsalma sahəsində fəaliyyət göstərən qurumlarla qarşılıqlı əməkdaşlığın gücləndirilməsi, qanun pozuntularının vaxtında aşkar olunması və qarşısının alınması, məlumat mübadiləsinin effektiv təşkili, həmçinin bu sahədə mövcud qanunvericiliyin tələblərinə riayət olunmasının vacibliyi məsələləri müzakirə olunub.
Tədbir interaktiv formatda davam etdirilib, iştirakçılar mövzu ətrafında çıxış edərək suallar ünvanlayıb və geniş fikir mübadiləsi aparılıb.





Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı