Şriftin ölçüsü :
Saytın rəngi :
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılaraq polis və prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyi həyata keçirilən tədbirlərin gedişini ciddi nəzarətdə saxlayır.
Rafiq Tağıyevə yetirilmiş həyatı üçün təhlükəli olan bədən xəsarətlərinin xarakteri və onların ağırlıq dərəcəsi ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi nəzərə alınaraq törədilmiş əməl Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif olunmuş və cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatına verilmişdir.
2011-ci il noyabrın 23-də Rafiq Tağıyev xəstəxanada öldüyündən işin istintaqı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunaraq davam etdirilir.
Noyabrın 26-da baş prokuror və daxili işlər naziri istintaq-əməliyyat qrupunun hesabatını dinləmiş, cinayətin bütün iştirakçılarının qısa müddətdə tutulub məsuliyyətə cəlb olunması üçün zəruri olan əlavə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri müəyyən etmiş, konkret tapşırıq və tövsiyələr vermişlər.
İctimai rezonans doğuran bu hadisə ilə əlaqədar cinayət təqibi üzrə görülən işlər Azərbaycan Respublikası Prezidentinin xüsusi nəzarətindədir.
İstintaq araşdırmalarının nəticələrii ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı