Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən regional iclasların keçirilməsi davam etdirilir.
Bu çərçivədə növbəti iclas Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan rayon (şəhər), ağır cinayətlər və həmin apellyasiya məhkəməsində fəaliyyət göstərən dövlət ittihamçılarının iştirakı ilə Şəki rayon prokurorluğunun inzibati binasında keçirilib.
İclasda Baş prokuror Kamran Əliyev tərəfindən dövlət ittihamının müdafiəsi sahəsində fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində verilmiş tapşırıq və tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb.
Bununla yanaşı, dövlət ittihamçılarının qarşısında duran əsas vəzifələr, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və cəza siyasətinin həyata keçirilməsində onların rolu müzakirə olunub, istintaq qurumları ilə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.
Eyni zamanda bəraət hökmlərinin qəbul edilməsi, cinayət işlərinin ibtidai istintaqa geri qaytarılması ilə nəticələnən maddi və prosessual pozuntular və digər çatışmazlıqlar təhlil olunub, onların aradan qaldırılması yolları ətrafında fikir mübadiləsi aparılıb, protestlərin verilməsi təcrübəsi müzakirə edilib.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı